İstər ev xanımları, istər işgüzarlar, istər tələbələr, istərsə də heç bir işi olmayıb, amma bir işi varmış kimi göstərən, ya da yoxdan iş var edənlər, bir sözlə, bütün xanımlar 🙂 Gəlin, danışaq görək, "HƏYATINIZI, GÖRMƏLİ OLDUĞUNUZ İŞLƏRİ NECƏ PLANLAŞDIRIRSINIZ? SİZİNLƏ BÜTÜNLƏŞMİŞ BİR QEYD DƏFTƏRİNİZ Mİ VAR, YOXSA BU İŞDƏ BEYNİNİZƏ Mİ ARXAYINSINIZ?"
Mən hər ikisini də etmişəm, istər tələbə vaxtı, istər işlədiyim vaxtlarda, istərsə də evdarlıq etdiyim vaxtlarda. Gəldiyim nəticə odur ki, yaddaşıma arxayın olanda o iş boyük ehtimalla ya qatar gedəndən sonra yada düşdü, ya da tamamən uçub getdi. Amma qeyd dəftəri tutduğum və ağlıma gələn ideyaları, etməli olduğum işləri, ən sadə şeyləri belə oraya yazdığım zaman həyatım birə-beş daha məhsuldar və nizamlı keçir. Birinci halda bekar vaxt en qədər, stress istəmədiyim qədər. Çünki üzərində işləmək istədiyim ideyalar yadıma düşmür ki, vaxtımı ona sərf edim, "ay daa, mən bu gün nəsə lazımlı bir şey etməliydim, amma nə?" bütün gün fikirləşə-fikirləşə qalıram, barmağımın üstünə qoyduğum üstəgəli niyə qoyduğum belə hərdən yadımdan çıxır, bütün gün qaşlarım çatılı, dodaqlarımı çeynəyə-çeynəyə qalıram, fikir dəryasına qərq oluram )). Halbuki, hayıf deyil dəftərə yazmaq?! Hər şeyi yazırsan, elədikcə də üstündən xətt çəkirsən, beləliklə, heç bir detalı unutmamış olursan və hüzurlu bir şəkildə gününü keçirirsən. Bəs sizdə vəziyyət necədir? Fikirləriniz, hər şeyi yadda saxlamaq üsullarınız, hansı daha başqa üsulları faydalı və işə yararlı hesab etdiyiniz maraqlıdır. Yazın, söhbətləşək, faydalanaq ;)
3 Comments
|