** Həyatımıza daİr **
Xanımlar, qərara aldım ki, həyatımıza dair mövzular haqqında hamımızın toplanıb söhbət edə biləcəyi bir onlayn məkanımız olsun. Dərslərdən, işlərdən, uşaqlardan tapa bildiyimiz, özümüzə ayırdığımız boş zamanlarımızda "Baxım görüm, yenə nə söhbət var?!" deyə rahatca daxil ola biləcəyimiz bir məkan. İlkin olaraq, yaşadıqdan sonra necə möcüvəzi bir mərhələ, əvəzsiz bir hiss olduğunu anladığım hamiləlik və sonrası barədə yaşadığım, öyrəndiyim, araşdırdığım məlumatları paylaşaraq başlayıram bu bloqa. Həmçinin, hər şeydən rahatca söhbət edə biləcəyimiz bir bölmə də əlavə etmişəm. Mövzuları sadəcə mən təyin etməyəcəm, mütəmadi olaraq siz də fikirlərinizi paylaşacaq, hətta nələrdən danışacağımızı siz deyəcəksiniz. Oxumağa həvəsiniz və ya şərait olmadığı vaxtlarda isə yazılarımı dinləyə də bilərsiniz. Belə ki,
Xoş gördük hamınızı! :)
Xoş gördük hamınızı! :)
AYDANıN YUXU TƏLİmİ Vol.1ANA OLMAQ // 5 Yanvar, 2018
Bugün sizə Aydana verdiyim yuxu təlimindən bəhs edəcəyəm. Bu mövzu haqqında iki yazı yazacağam:ilki, Aydana gecələr yatmağı necə öyrətdim, digəri isə ona öz-özünə yuxuya getməyi necə öyrətdim.Başlayaq doğulduğundan bəri gündüzlər mışıl-mışıl yatıb gecələr mənə qan udduran, səhər tezdən işəgetməli olan atasını yuxu üzünə həsrət qoyan, axşamüstü 5-6 radələrində oyanıb gecə saat 4-5- dən,hətta bəzən 6-7dən tez yatmayan Aydanın ilk təlim macəralarından.
HAMİLƏLİKDƏ QİDALANMA MENYUSUANA OLMAQ // 1 AVQUST, 2017
Kimiləri adi yanaşsa da, mənim türklər demiş çox “kafama takdığım” bir nüans oldu hamiləlik dövrü ərzində yediklərim. Hər dəfə ağzıma nəsə ziyanlı olduğunu bildiyim bir qida aparanda ürəyimdə vicdan əzabı çəkirdim. Hamilə olduğumu öyrəndikdən sonra ilk etdiyim şeylərdən biri internetdə dərin araşdırmalar etmək oldu bu barədə. Bu zaman bir şeyin fərqinə vardım ki, “sağlam qidalanmaq lazımdır”, “filan-filan vitaminli qidaları gündəlik yemək rasyonunuza mütləq daxil etməlisiniz”, “filan tərkibli atışdırmalıqları yeməklər arası qəbul edərək aclığınızı yatışdıra bilərsiniz”, “enerji dəyəri yüksək qidalar gündəlik olaraq özünüzü daha gümrah hiss etməyinizə kömək edəcək” və s. tipli məlumatlar, məsləhətlər ürəyiniz nə qədər istəyir var. Amma həmin o sözü gedən vitaminlər hansı ərzaqların tərkibindədir tipli məlumatlar təəssüf ki çox az rastıma çıxırdı.
|
rƏSMƏN 40 HƏFTƏNİ TAMAMLADIQ!ANA OLMAQ // 28 İYUL, 2017Səbirsizliyin ən pik nöqtəyə çatdığı gündür bu yəqin ki. Çünki hələ hamiləliyin ilk rübündəki ultrasəs müayinəsində həkim sizə deyir ki, son tarix 28 iyuldur. Siz də ailəlikcə o günü dörd gözlə gözləyirsiz aylardır, bugün də o gündür, gəl gör ki, körpənin yeri bətninizdə yaman rahatdır. Amma sizə özümün də əməl etmək üçün böyük səylə çalışdığım bir məsləhət deyim: Keep calm and relax! ))) Dincliyinizi qoruyun və özünüzü rahat buraxın!
Hamİləlİkdə Çəkİ artimiAna Olmaq // 27 İyul, 2017Bugün sizinlə bir az hamiləliyin ən hit məsələsi barədə danışmaq istəyirəm; bəzi xanımların qorxulu yuxusu, bəzilərinin isə heç vecinə də almadığı bu qəliz, həm də vacib məsələ ÇƏKİ ARTIMIdır. Əvvəlcə onu qeyd edim ki, hamiləlikdə çəki artımı qaçılmaz bir hadisədir, buna bütün ana olmağı istəyən xanımlar hazır olmalıdır. Yəni əvvəldən özünüzü psixoloji baxımdan hazırlayın ki, hamiləlik dövründə onun hirsini, stresini çəkmək sizə və körpənizə qətiyyən lazım deyil. Bunun üçün sizə tək şey bir deyə bilərəm ki, hamiləlikdə əksinə kökəlməmək anormallıqdır, həkimlər qeyd edirlər ki, çəki artımı olduqca arzuolunandır.
|
|